İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan İsrail və Türkiyə rəsmilərinin Bakı görüşündən DANIŞDI

3286 10.05.2025 02:24 Son xəbər A A

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və Türkiyənin Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.

Bakıda gərginliyin azaldılması mexanizmi ilə bağlı danışıqlara gəlincə, Fidan deyib:

“Müəyyən səviyyədə gərginliyin azaldılması mexanizminin yaradılması istifadə olunan diplomatik üsullardan biridir. Biz sözlə əldə edilə biləcək məsafəni qət etməli və başqa cəhdlərə çox tez yer verməməliyik”.

Türkiyənin XİN rəhbəri əlavə edib ki, Suriyanın qeyri-sabitlik vəziyyətinə dönməsi böyük bəlalara səbəb olacaq və Türkiyə buna biganə qala bilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR