İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu kateri vurdu: 3 nəfər həlak oldu

822 19.06.2026 08:47 Dünya A A

ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus olan daha bir gəmiyə zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı X hesabında açıqlayıb:

"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib".

Bildirilir ki, zərbə nəticəsində kater məhv edilib, onda olan üç nəfər həlak olub.

2025-ci ilin payızında hücumlar başlayandan bəri narkotik qaçaqmalçıları tərəfindən istifadə edilən katerlərə ABŞ-nin zərbələri nəticəsində 200-dən çox insan həlak olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR