İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənə heç bir şey olmayıb-Rəqsanə- YENİLƏNİB

2901 04.04.2024 16:41 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə saxlanıldığı iddia edilir.

Musavat.com xəbər verir ki, R. İsmayılova barəsində yayılan iddialarla bağlı təkzib videosu paylaşaraq açıqlama verib.

“Əzizlərim, çox sağ olun, məni yığırsınız, soruşursunuz, narahat olursunuz. Mənə heç bir şey olmayıb, heç kəs məni saxlamayıb, hamısı boş-boş sözlərdir. Mən Moskbada evimdəyəm, hər şey yaxşıdır, ayın 10-a kimi buradayam, 10-dan sonra Azərbaycana gələcəyəm. Mənim heç bir problemim yoxdur” - o bildirib.

***
saat 14:58

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR