İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı SAĞDIR?

1145 09.05.2024 11:21 Gündəm A A

Bu gün faşizm üzərində qələbənin 79 ili tamam olur.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu keçmiş SSRİ dövlətinə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Müharibədə Azərbaycandan 600 min şəxs iştirak edib. Onlardan 300 mindən çoxu həlak olub və ya itkin düşüb. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

Bəs İkinci Dünya müharibəsində iştirak etmiş neçə azərbaycanlı sağdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, İkinci Dünya müharibəsinin iştirakçıları olmuş Azərbaycan vətəndaşlarından 30 nəfəri sağdır.

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Qələbənin 79-cu ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsinin iştirakçılarına 2000 manat birdəfəlik maddi yardım ödənilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR