İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin konvensiya əsasında ölkəmizdə qanun layihəsi hazırlanıb - Fuad Ələsgərov

599 02.04.2024 12:06 Gündəm A A

"Yaşadığımız dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin və dövlətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Əhaliyə göstərilən dövlət xidmətlərinin elektronlaşması, dövlət orqanlarının fəaliyyətində rəqəmsallaşmanın genişləndirilməsi ilə əlaqədar görülən tədbirlər hüquq-mühafizə və məhkəmə orqanlarını da əhatə edib".

Musavat.com xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

"Texnoloji yeniliklərin cinayət mühakimə icraatına tətbiqi üçün vahid hüquqi çərçivənin müəyyən edilməsi sahəsində uğurlu beynəlxalq hüquq alətlərindən biri "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyasıdır. Həmin konvensiya əsasında ölkəmizdə qanun layihəsi hazırlanıb və cinayət məcəlləsinə kibercinayətlər adlı fəsil əlavə edilib. Bununla da qanunvericiliyimiz bu növ cinayətlərə qarşı maddi-hüquqi baxımdan müvafiq hüquqi bazaya malik olub", - deyə PA rəsmisi əlavə edib.

Fuad Ələsgərov məhkəmə icraatının bütövlükdə elektron müstəviyə keçidinin təmin edilməsi ilə əlaqədar araşdırmalar və müzakirələrin davam etdiyini də diqqətə çatdırıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR