İnsanlara hürriyət, millətlərə istiqlal!

"Anam istəmir ki, onu çəksinlər sonra da küçədə tanısınlar" – VİDEO

1274 04.04.2024 13:23 Şou-biznes A A

"Valideynlərimlə yaşayıram. İki qardaşın bir bacısıyam. Qardaşlarım məndən böyükdürlər. Evimizə gəlib çəkiliş etmək istəyən bir çox verilişlər olub. Amma anam buna icazə verməyib. Deyir ki, evdə çəkiliş etmə. Elə düşünməyin ki, evimiz təmirsizdir. Sadəcə, anam istəmir ki, onu çəksinlər sonra da küçədə tanısınlar. Anam evdar xanımdır. Mən ona çox oxşayıram". 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 

Sənətçi bildirib ki, onun 8 yaşı olarkən valideynləri boşanıb və atası ilə münasibətlərini bərpa etmək niyyətində deyil: 

"Atam anamdan ayrılıb. Mən uşaq olarkən onlar artıq boşanmışdılar. Səkkiz yaşıma kimi birlikdə yaşamışıq. Sonra isə ayrılıblar. Münasibətimiz yoxdur. O, ikinci dəfə ailə qurmayıb. İstəyərdim ki, atamla birlikdə olaq, amma şərtlər artıq o deyil. Qismət..." 

Mina qardaşlarının evli olduğunu vurğulayıb: 

"Qardaşlarımın harada işləməsi ilə bağlı məlumat vermək istəmirəm. Onlar haqqında ümumiyyətlə, danışmaq istəmirəm. Qardaşlarım evlidirlər. Qardaşlarım mənə də, anama da maddi cəhətdən kömək olurlar. Hər ikisi də mənim müğənni olmağıma razıdırlar. Bizim ailəmiz çox müasirdir". 

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla 2022-ci ilin martında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR