İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət etdi FOTO

427 09.05.2024 10:00 Siyasət A A

İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin Noun, bu ölkənin Azərbaycandakı səfir Corc Dik və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Bakıda iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.

Bu barədə məlumat İsrail səfirliyinin “X” hesabında yerləşdirilib.

“İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun, İsrailin Azərbaycandakı səfir Corc Dik və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Bakıda İkinci Dünya Müharibəsi Qəhrəmanlarının Memorialını ziyarət ediblər. Azadlıq və tolerantlıq uğrunda şərə qarşı fədakarlıq şərəfdir. İsrail dövləti möhkəm dayanır, özünü bütün pisliklərdən müdafiə etməyə hazırdır”, - paylaşımda bildirilib. (Report)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR