İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

635 20.05.2024 11:40 Dünya A A

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsinə veto qoyub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eyni zamanda, o, sənədin heç bir dəyişikliyə və təkmilləşdirməyə məruz qalmadığını, ona görə də ondan imtina edilməli olduğunu vurğulayıb. Maraqlıdır ki, bu yanaşma təkcə müxalifət və Avropa İttifaqının deyil, respublikanın hakimiyyət orqanlarının da xoşuna gəlib.

“Bu qanun öz mahiyyətinə, ruhuna görə Rusiya qanunudur, Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir və bununla da bizim Avropa yolumuza maneədir”, - Zurabişvili bildirib.

Həmçinin Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibə verən Zurabişvili deyib ki, hakim “Gürcü arzusu” Avropa gələcəyini gürcülərdən alır, lakin buna etiraz edənlər inqilab etməyə çalışmırlar. Onun sözlərinə görə, hər şey seçkilərdə həll olunmalıdır.

“Hökumət açıq şəkildə düşmənçilik ritorikasına əməl edərsə, dialoqa başlamaq haqqında necə danışmaq olar? Birinci tələb, nəhayət, bizi “sabitliyi pozan agentlər” adlandırmağı dayandırmaq olmalıdır. Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirlərini “inqilab agentləri” adlandırırdılar. Niyə? Çünki Bidzina İvanişvilinin (“Gürcü arzusu”nun yaradıcısı) sui-qəsd nəzəriyyələri var ki, amerikalılar və avropalılar Rusiyaya ikinci cəbhə açmaq istəyirlər. Gələcək yaratmaq istədiyimiz ən yaxın tərəfdaşlarımızla belə danışmaq qətiyyən yolverilməzdir”, - Zurabişvili bildirib.

Öz növbəsində “Axali” partiyasının həmsədri Nika Qvaramiya prezidenti tam dəstəkləyib. Onun sözlərinə görə, o, Venesiya Komissiyasının hökümətin can damarına çevrilə biləcək rəyini gözləməməklə düzgün iş görüb. Qvaramiya təkid edir ki, “Gürcü arzusu” müxalifətə güzəştə getmək əvəzinə qanun layihəsini ləğv etməli və bununla da məğlubiyyətini etiraf etməlidir.

“Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze də başqa səbəbdən olsa da, Zurabişvilini dəstəkləyib. "O, nəhayət, şəffaflıq qanununa qarşı şərhlərin və arqumentlərin olmadığını təsdiqlədi", - siyasətçi deyib.

Prezidentin qanun layihəsinə veto qoyması üçün iki həftə vaxtı var idi, lakin o, vaxt itirməyib. Hakimiyyət də tərəddüd etməsə, mayın 20-dən 27-dək parlamentin hüquq komitəsi buna yenidən baxacaq və mayın 28-dən 31-dək prezidentin müqavimətinin dəf ediləcəyi növbəti plenar iclası keçiriləcək.

Xatırladaq ki, mayın 14-də “Rusiya qanunu” adlanan qanun layihəsini 84 deputat dəstəkləyib və vetonu ləğv etmək üçün cəmi 76 səs lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR