İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorakılığa zorakılıqla cavab veriləcək – Vens İrana xəbərdarlıq etdi

714 27.06.2026 08:00 Dünya A A

ABŞ İranla anlaşma memorandumu ilə bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa zorakılıqla cavab vermək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens X-də yazıb: "İran atəşkəs imzalayıb. Biz ona əməl edirik, amma əgər onların Memorandumun necə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları varsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək".

Vitse-prezident ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyinə dair açıqlamasını şərh edib. CENTCOM-un məlumatına görə, ABŞ təyyarələri İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə kamikaze dronlarla hücum etməsindən sonra baş verib.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR