İnsanlara hürriyət, millətlərə istiqlal!

Zooparkda iki saat heyvanlarla dərdləşdim - Mətanət Əsədova

486 13.04.2024 18:59 Şou-biznes A A

"Anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarət edirəm, başımı qoyuram torpağa, orada onunla danışıram. Gedib zooparkda iki saat heyvanlarla oturub dərdləşdim".

Bu sözləri müğənni Mətanət Əsədova "Mirinin dibçəyi" layihəsində deyib.

O, ətrafındakı insanlardan gileylənib:

"Dünyada iki aləm var. Biri heyvanlar aləmi, biri insanlar aləmi. Meşəyə girəndə görürsən ki, bu tülküdür, bu çaqqaldır, bu canavardır, meymundur və s. Amma insanların içində ayırmaq olmur ki, hansı ilandır, hansı tülküdür, hansı aslandır. Ətrafımızda o qədər belələri var, insan görkəmində heyvanlar. Bilmirsən. Ona görə çəkildim bir kənara. Abır-həyanı qorudum. Dedim ki, abırsızlardan abırını gözlə. Kənara çəkilib sükuta qərq oldum". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR