İnsanlara hürriyət, millətlərə istiqlal!

Zirzəmidə faciəvi şəkildə ölən kişinin yaxınları danışdı — VİDEO

1367 17.06.2026 01:51 Hadisə A A

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda yanmış meyit tapılıb.

Mərhumun yaxınının sözlərinə görə, Elman Əliyev spirtli içki qəbul etdiyi üçün bəzən bağda və ya evin zirzəmisində gecələyirmiş.

“İçən adam idi. Çox vaxt aptek spirti içirdi. Siqaret çəkib, ehtimal ki, sərxoş vəziyyətdə olub. Külü yerə düşdüyündən yanğın baş verib, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb”, – deyə mərhumun yaxını bildirib.

Qardaşı isə bildirib ki, o, evə gələndə qapı bağlı olub:

“Həyətə girdim qoxu gəlirdi. Gördüm yuxarıda heç nə yoxdu. Aşağı düşüb qapını açanda gördüm ki, canını tapşırıb. Hardasa təqribən 4-5 gün olar” -, deyə əlavə edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Daha ətraflı “Baku TV”nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR