Xəbər verildiyi kimi, futbol üzrə dünya çempionatında Argentina İsveçrə ilə qarşılaşıb. Gərgin keçən oyunda Argentina əlavə vaxtda vurduğu qollar sayəsində rəqibini 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, matç boyu sərt mübarizə və hakim qərarları səbəbindən meydanda gərginlik dəfələrlə artıb.
Xüsusilə ilk hissədə Argentina millisinin kapitanı Lionel Messi ilə görüşün portuqaliyalı baş hakimi Juan Pineyru arasında baş verən dialoq diqqət mərkəzinə çevrilib.
Kameralara əks olunan görüntülərdə Messinin hakimə belə dediyi eşidilib:
“Mənimlə normal danış, mənimlə hörmətlə danış. Mən sənə hörmətlə müraciət edirəm”.
Qısa dialoqdan sonra Juan Pineyru oyunu davam etdirib.
Qarşılaşmada yalnız Messi ilə hakim arasındakı mübahisə deyil, VAR qərarları da geniş müzakirələrə səbəb olub. İsveçrə millisinin hücumçusu Brel Embolonun ikinci sarı vərəqə nəticəsində meydandan qovulması, eləcə də bir sıra digər hakim qərarları İsveçrə tərəfinin ciddi narazılığına səbəb olub. Komandanın baş məşqçisi Murat Yakın da oyundan sonra verdiyi açıqlamada hakim idarəçiliyini kəskin tənqid edib.
Musavat.com






