Xəbər verdiyimiz kimi, Hcıqabulda Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılıb.
Musavat.com hadisə yerindən görüntüləri təqdim edir:
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) 12.07.2026-cı il tarixində saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Şahanə Rəhimli
Musavat.com






