İnsanlara hürriyət, millətlərə istiqlal!

Zirəddinin 2024 proqnozu: Fəlakətlər, Ukraynada sülh...

3945 19.12.2023 13:43 Dünya A A

Qarşıdan gələn il tektonik hərəkətlər, teraktlar ilidir. Konkret ölkə deməyəcəm, ancaq güclü yeraltı təkanlar olacaq, dünyada təbii fəlakətlər çoxalacaq. 2024-cü ildə dünyanı lərzəyə gətirəcək partlayış baş verəcək.

Musavat.com xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib.

"2024-cü ildə baş verəcək fəlakətlər mənə atom bombasının partlayışını xatırladır. Amma deyə bilərəm ki, bu, nüvə silahı deyil, o effektə malik təbii vulkan püskürməsi, yaxud asteroidlə bağlıdır", - o bildirib.

Rusiya-Ukrayna məsələsinə toxunan Zirəddin Rzayevin sözlərinə görə, bu müharibənin həlli ilə bağlı inkişaf gözlənilir:

"Bu qarşıdurma 2024-ci ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. Ancaq qələbə Rusiyanın xeyrinədir".

O, Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində gələn il müsbət addımların atılacağını vurğulayıb:

"2024-2026-cı illər sülh müqaviləsinin imzalanması üçün ən uğurlu zamandır".

Onun proqnozuna görə, növbəti il texniki və tibbi tərəqqi gözlənilir.

Eyni zamanda, ekstrasens müxtəlif növ virusların yayılacağını gözlədiyini də qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR