İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyətindən “AAAF Park”dakı itlərlə bağlı AÇIQLAMA

493 04.08.2024 12:45 Ölkə A A

Xırdalanda küçə itlərinin toplanması üçün yeni sığınacaq tikiləcək.

Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilir ki, artıq bunun üçün yer də ayrılıb, hazırda sənədləşmə işləri aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksi, 1-ci küçənin sakinləri tərəfindən Musavat.com-a şikayət daxil olmuşdu. Qeyd edilirdi ki, küçə itləri insanların həyatı üçün böyük təhlükə yaradıb.

Sakinlərin sözlərinə əsasən, itlərin hücumlarına görə evdən çölə çıxa bilmirlər. Bununla bağlı Musavat.com-da yayımlanan “İtlərin əlindən çölə çıxa bilmirik, həyatımız təhlükədədir” - “AAAF Park” sakinləri dad edir” yazısında ətraflı oxuya bilərsiniz.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR