İnsanlara hürriyət, millətlərə istiqlal!

"Axios" tarixi elan etdi: bəlkə sabah, bəlkə... - VİDEO XƏBƏR

490 04.08.2024 12:56 Gündəm A A

İran silahlı qüvvələri avqustun 5-i bazar ertəsi İsrailə zərbə endirə bilər. “Axios” xəbər verir ki, İsrail və Amerika rəsmiləri bu fikirdədir. Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Yaxın Şərqə gəlib.

Musavat.com bildirir ki, Kurillanın səfəri münaqişə qızışmazdan əvvəl planlaşdırılıb, lakin o, artıq bu ilin aprelində İranın İsrailə hücumunu dəf etməyə kömək etmiş “koalisiyanı” yenidən səfərbər etmək üçün gəldiyi güman edilir.

Ehtimallara görə, Tehranın zərbəsi əvvəlki aprel ssenarisi ilə eyni olacaq, lakin bu, daha geniş miqyaslı zərbə də ola bilər.

Apreldə bir neçə saat ərzində Tehran İsrailə 150-yə yaxın raket və 170-dən çox pilotsuz təyyarə atıb. Zərbə nəticəsində ölən olmayıb və İsrail hərbçiləri pilotsuz təyyarələrin və raketlərin 99%-nin tutulduğunu iddia edib. Ancaq əsas odur ki, hücum presedentə çevrildi, çünki İran, sanki, birbaşa zərbə variantını "blokdan çıxardı".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR