İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatikan məyusdur

378 04.08.2024 13:20 Dünya A A

Vatikan Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki "müəyyən səhnələrdən" məyus olub.

Bu, Vatikanın rəsmi bəyanatında əksini tapıb.

Qeyd edilib ki, çoxlu xristian və başqa dinlərə inananlar Parisdə Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən inciyib və Vatikan bu etirazlara qoşulmaya bilməz: "Ortaq dəyərləri birləşdirən belə bir mötəbər tədbirdə dini inancları təhrif edən metaforalara əl atıla bilməz".

Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin "Son şam yeməyi" əsərinin parodiyası nümayiş etdirilib, seksual azlıqlara yer verilib./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR