İnsanlara hürriyət, millətlərə istiqlal!

Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər

888 14.04.2023 01:24 İdman A A

Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi ola bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Rudi Qarsiya ilə vidalaşan Ər-Riyad təmsilçisinin rəhbərliyi komandanı fransalı mütəxəssisə tapşırmaq istəyir.

İddiaya görə, danışıqlar prosesində "Əl-Nəsr"in aparıcı futbolçusu Kriştianu Ronaldu da iştirak edir. Portuqaliyalı hücumçu 52 yaşlı çalışdırıcını təklifi qəbul etməyə razı salmaq üçün çalışır.

Zidanla yanaşı, hazırda İtaliya "Roma"sına başçılıq edən Joze Mourinyonun da "Əl-Nəsr"in sükanı arxasına keçə biləcəyi istisna olunmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR