İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələnin Türkiyəyə vurduğu ZƏRƏR - Nazir RƏQƏMLƏRİ AÇIQLADI

1275 20.12.2023 13:50 Region A A

2023-cü ilin fevralında baş vermiş zəlzələlərin Türkiyəyə vurduğu ümumi zərər 110 milyard dollar təşkil edir.

Musavat.com "Gazete Pencere"yə istinadən xəbər verir ki, bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

rnuN7HxAQU-KovKhtIdpxg.jpg (46 KB)

Onun sözlərinə görə, Türkiyə ərazisinin 66%-i seysmik risk zonasında yerləşir.

"Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci kateqoriyalı zəlzələ riski altındadır", - deyə nazir parlamentdə 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

"İstanbulu mümkün zəlzələyə hazırlamaq üçün yol xəritəsi hazırlamışıq. Beş il ərzində 1,5 milyon binanın təmirini nəzərdə tutur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə 300 minə yaxın evin tikintisi nəzərdə tutulan ərazilər artıq seçilib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR