İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ zamanı özünü balkondan atan gənc oğlanla bağlı ÜZÜCÜ XƏBƏR FOTO

842 05.11.2022 01:30 Son xəbər A A

İzmirdə baş verən 4,9 bal gücündə zəlzələdə eyvandan tullanan 18 yaşlı Efe Altay Saral ağır xəsarətlərlə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, 18 yaşlı gəncin ölümü bütün Türkiyəni yasa boğub.

Efenin ölüm xəbərini alan yaxınları da xəstəxana qarşısında gözyaşlarına boğulub.

Qeyd edək ki, İzmirdə baş verən 4,9 bal gücündə zəlzələ zamanı eyvandan tullanaraq ağır yaralanan 18 yaşlı Efe Altay universitet tələbəsi idi. Saral ətrafda baş verən zəlzələ zamanı birinci mərtəbədəki evinin eyvanından özünü atıb. Məlumata görə, 03:29-da baş verən zəlzələnin episentri Buca olub. Özünü balkondan atdıqdan sonra park edilmiş avtomobil ilə səki arasında sıxışıb qalan gəncə ilk müdaxiləni təcili yardım edib.

Gənc oğlan daha sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR