İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər elə bildilər şişdir - Görün, nə imiş...

744 27.07.2024 15:10 Dünya A A

Çində 2 ildir davamlı olaraq öskürən qadın həkimə müraciət etmək qərarına gəlib. Müayinə zamanı həkimlər onun ağciyərində kütlə olduğunu görüb və toxumadan bir parça götürüblər, lakin müayinə zamanı bədxassəli şiş olduğu düşünülən kütlənin acı bibər parçası olduğu məlum olub.

Çinin şərq əyaləti Zhejianqda 54 yaşlı qadın davamlı olaraq öskürdüyü üçün dərman qəbul edib və bitki mənşəli müalicəyə müraciət edib.

Tətbiq etdiyi üsullara baxmayaraq, heç bir yaxşılaşma əlaməti görməyən qadın şikayəti davam etdiyi üçün nəhayət, xəstəxanaya getməyə qərar verib.

Müayinələr nəticəsində həkimlər qadının sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və bunun bədxassəli şiş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər. Həkimlər ağciyər toxumasından bir parça götürüblər və xərçəng ola biləcəyini düşündükləri qadına tam diaqnoz qoymaq üçün testlər aparıblar. Testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündükləri kütlənin acı bibər parçası olduğu anlaşılıb.

2 il əvvəl yemək yeyərkən boğazına bir tikə bibər ilişdiyini və şiddətlə öskürdüyünü xatırladan Xunun başına gələn hadisə Çində kböyük marağa səbəb olub.

Əməliyyat keçirən qadın xərçəng olmadığı üçün xoşbəxt olduğunu dilə gətirib./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR