İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ gündəmini Alican sərhəd keçidindən Xankəndi qapısına gətirənlər... - VİDEO

849 17.02.2023 16:54 Siyasət A A

"Türkiyədə baş verən dağdıcı zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün 100 minlərlə xilasedicinin dağıntılar altındakı adamlara  “səsimizi eşidən varmı” çağırışı  o səsin təkcə zəlzələ qurbanlarının deyil, hər birimizin eşitməli olduğuna işarədir. Dünyanın istənilən ölkəsində təhsildə savadsızlığa stimul verən, səhiyyədə nöqsanları təşfiq edən, iqtisadi və sosial problemləri gözlədən, asfaltsız çuxurları malalayan millətlərin on minlərlə memarı, inşaatçını, mühəndisi, bənnanı məhkəməyə çəkməsi ilə kütləvi qırğınların qarşısını ala bilməz. Böyük zəlzələlər və itkilər ilahinin deyil, haqqa və hüquqa münasibətin sınağıdır. 5 ballıq zəlzələ ilə yaşamağı normaya çevirən yapon xalqı nəhayət, ədalətlə yönləndirilən dövlət qurmağa məcbur olub. Xeyirxahlıqda yarışmaq, qanunluçuqda rəqabət aparmaq, hüquqdan qazanmaq, dürüstlükdən varlanmaq hər cür hərbi təhlükələrə və təbii fəlakətlərə qarşı tək sipərdir".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib.

Millət vəkili vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü faciə ilə deyil, İstiqlalın parlaq salnəmələri ilə, dəhşətli zəlzələnin inkişaf fürsətinə çevrilməsi ilə yadda qalacaq:

022a0000-0aff-0242-8d24-08dadf58.jpg (65 KB)

"Azərbaycan Vətən müharibəsində Qələbədən sonra “Böyük Qayıdış”da olduğu kimi, qardaş ölkə də dağıdıcı zəlzələdən sonra “Böyük Quruculuğ”a eyni qədəri bölüşən bir millət kimi yeni Türkiyə quracaqdır. Xatırladaq ki, 1999-cu il zəlzələsində Ulu Öndər Heydər Əliyev qardaş ölkəyə birinci əl uzadan lider olmuşdu. İndi də “Səninləyəm, Türkiyə!” şüarı prezident İlham Əliyevdən, hörmətli Mehriban xanımdan başlayaraq, 10 milyonluq xalqın hər nəfərinin könüllü və xilasedici olduğunu göstərdi. Çanaqqala və Şuşa Zəfərindən keçən bir millətin depremlərdə sarsılması mümkün deyil".

Zəlzələni siyasiləşdirən, onu ölkəmizin informasiya, mənəvi-psixoloji məkanına köçürməyə cəhd edən, Azərbaycanın seysmik xəritəsi və hazırlıq səviyyəsi, mümkün zəlzələ təhlükələri, süni tektonik xaosu  yayanlar Qarabağ müharibəsi zamanı “Türkiyə Azərbaycana dəstək üçün Suriyadan muzdlular göndərib” saxta xəbərlərini tirajlayanlardır. Bu yerdə Ermənistan hakimiyyəti Türkiyəyə “humanitar yardım” göndərməsini dünyaya bölgədə yaşayan ermənilərin xilas ehtiyacı ilə əsaslandırmağa, “sülhpərvər xalq” quruculuğu üçün istismar etməyə çalışır. Dünya erməniçiliyi “soyqırım” edənlərə yardım təşkil etdik, lakin Azərbaycan Xankəndində yeganə nəfəsliyi bağlayır” kimi əsassız tezislər yayır, gündəmi Alican sərhəd keçidindən Xankəndi qapısına, Iğdır koridorundan Laçın yoluna gətirməyə çalışır. Lakin Azərbaycan regionda tarixi-siyasi fürsətləri və təşəbbüsləri İrəvana verməyəcək.

Zahid Oruc qeyd edib ki, Türkiyə və Azərbaycan birliyi tarixin çoxsaylı zəlzələlərindən uğurla çıxıb:

"Türkiyənin qüdrətli olmasına dair inancların zərbə alması fonunda Azərbaycan insanında qardaş ölkənin güclü dövlət qavramını zəiflətmək, Ərdoğan hakimiyyətinin gələcək taleyini zəlzələ nəticələrinin aradan qaldırılmasına bağlamaqla iki liderə qarşı bir cəbhədə vuruşanlar məğlub olacaqlar. Regionda gələcək sülh və təhlükəsizliyə qarşı birləşənlər Azərbaycan və Türkiyənin bu sınaqdan güclənərək çıxacaqlarına əmin olsunlar. Vətən müharibəsində olduğu kimi bir millət-bir dövlətin mənəvi-siyasi qardaşlığı ən şiddətli yeraltı təkanlarda da ayaqda qalacaqdır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR