İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən yüksək orta aylıq əməkhaqqı hansı ölkələrdə verilir?

733 04.08.2024 15:26 Dünya A A

Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub.

Bu barədə "Finansı Mail" portalı "Ceoworld" jurnalının hesabatına istinadən məlumat verib.

Bu ölkədə 2023-cü ildə orta aylıq əməkhaqqı 8 111 dollar (təxminən 13.8 min manat) olub. İkinci yerdə 6 633 dollarla (təxminən 11.3 min manat) Lüksemburq, üçüncü yerdə isə 6 455 dollarla (təxminən 11 min manat) ABŞ qərarlaşıb.

Eyni zamanda, saatlıq əməkhaqqı baxımından ilk üçlük fərqli görünür. Birinci yerdə İslandiya - 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq - 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə - 47,75 dollar (81.09 manat) qərarlaşıb. Bunun səbəbi bəzi ölkələrdə iş saatlarının sayının daha yüksək nisbətdə aşağı olmasıdır.

Yaşayış dəyəri indeksini də nəzərə almağa dəyər. Məsələn, İsveçrə sakinləri belçikalılara nisbətən saatda 12% daha çox qazanırlar, lakin sonuncular daha az vergi xərclərinə malikdirlər və ümumiyyətlə, yaşayış minimumu demək olar ki, iki dəfə aşağıdır. Belə çıxır ki, Belçikada rifah səviyyəsi İsveçrədən yüksəkdir./oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR