İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ düşmənləri də yaxınlaşdırır - Barışıq yaxında?

1028 11.02.2023 10:50 Siyasət A A

Politoloq: “Ermənilər bəşəriyyət üçün üz qarası olduqlarını bir daha dünyaya nümayiş etdirdilər...”

“Yunanıstanla Türkiyənin arasında son dövrlərdə gərginlik artmışdı. Amma yardımlaşma fonunda mümkündür ki, vəziyyət bir az yumşalsın. Fransa da həmçinin, antitürk siyasətindən vaz keçərsə, Yunanıstanla Türkiyənin arasında münasibətlər normallaşa bilər”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu TV Müsavat-ın efirində deyib.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Qeyd edək ki, dəhşətli zəlzələnin ilk günündəcə Yunanıstan baş naziri Türkiyə prezidentinə zəng edib, xilasedicilər və humanitar yardım göndərib. Yunanıstan mediası da faciəyə həssas münasibət sərgiləyib və hətta Fransada nəşr olunan bədnam “Şarli Hebdo” jurnalının zəlzələ qurbanlarını əxlaqsızcasına ələ salmasına etiraz da edib. “Hamımız türkük!” şüarı səsləndirilib.

Ermənistan baş naziri Nikol Paşinyan da Ərdoğana zəng edib, Türkiyəyə 27 xilasedici göndərib. Hərçənd Ermənistan cəmiyyətində Paşinyanın bu addımı xeyli dərəcədə neqativ qarşılanıb.

Bununla belə, zəlzələ olayları düşmənləri yaxınlaşdıra bilərmi? Məşhur bir ifadədə deyildiyi kimi, bəlkə dünyanı doğrudan da mədəniyyət xilas edəcək - dialoq mədəniyyəti. Konkret olaraq Türkiyə-Ermənistan danışıqlarının bundan sonra pozitiv məcraya girməsi mümkünmü? Hərgah, rəsmi Ankara dəfələrlə bəyan edib ki, ikitərəfli əlaqələrin qaydaya düşməsi və sərhədlərin açılması bilavasitə Bakı-İrəvan münasibətlərinin normallaşmasından (sülh müqaviləsinin imzalanmasından) asılı olacaq.

Həmsədr ölkədən həyasız addım - Fransa yenə “erməni quyruğunu” göstərdi

 Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “ Yeni Müsavat”a bildirdi ki, Türkiyədə baş verən dəhşətli zəlzələnin ortaya çıxardığı faciəyə Yunanıstanın nümayiş etdirdiyi davranış təqdirəlayiqdir: “İnsanlıq nümunəsi ortaya qoydu Yunanıstan. Bu cür hadisələr baş verəndə ölkələrin hakimiyyətləri bir-birinə dəstək göstərirlər, yardım edirlər. Humanizm baxımından belə bir ənənə mövcuddur. Yunanıstan baş nazirinin addımları onların bu ənənəyə sadiqliyini də göstərdi.

Amma mən burada bir məsələyə diqqət çəkmək istəyirəm ki, Yunanıstanda dövlət rəhbərliyindən başqa yunan xalqının çox gözəl insanpərvərliyini, qonşunun  dərdinə şərik çıxdığını müşahidə edirik. Türkiyə ilə uzun illərdən bəri soyuq münasibətlər olmasına baxmayaraq Yunanıstan mediasında da biz Türkiyəyə dəstək, mənəvi dayaq xarakterli verilişləri görürük. Hətta yunan jurnalistlər insanlıq düşməni “Şarli Hebdo” jurnalına etiraz edərək “hər birimiz türkük” şüarları ilə çıxış etdilər. Yunan cəmiyyətinin dəstəyi bütün türk dünyası tərəfindən alqışlanır.

Tarixə baxsaq görərik ki, Yunanıstan Türkiyə ilə müharibələr aparıb. Amma müharibəni açıq, üzbəüz aparıb. Təbii fəlakətlər zamanı bu iki ölkə bir-birinə qarşı humanist davranıb. Vaxtilə yunan ordusu İzmiri zəbt etmişdi, Mustafa Kamal Atatürkün İzmiri azad eləyəndən sonra ilk səfərində Yunanıstanın bayrağını Atatürkün ayaqları altına atmışdılar və bələdiyyə binasının qapısından daxil olmaq üçün bayrağın üstündən keçməyə məcbur idi. Amma böyük Atatürk əyilib yerdən bayrağı qaldırmış və bildirmişdi ki, biz yunanlarla müharibə aparmışıq, lakin mən bu bayrağı ayaqlamayacağam, ona görə ki, yunan əsgərləri bu bayrağa görə qan töküblər. Yəni ortalıqda bu cür mərdlik nümunələrinə əsaslanan ənənə, dəyərlərə hörmət var. Hesab edirəm ki, Yunanıstan dövləti və cəmiyyətinin zəlzələ fəlakətindən sonra Türkiyəyə xoş münasibəti bu iki dövlət arasında gələcək münasibətlərə müsbət təsirini göstərəcək".

Politoloqa görə, ermənilər yunanlardan nümunə götürməlidirlər: “Düzdür, baş nazir Nikol Paşinyan zəlzələ bölgəsinə xilasedicilər göndərib, amma erməni cəmiyyəti, erməni mediası Türkiyədə baş verən zəlzələyə, on minlərlə insanın həlak olmasına sevinirlər və sevindiklərini açıq-aşkar nümayiş etdirirlər. Ermənistan hökumətini tənqid edirlər ki, niyə Türkiyəyə yardım edir. Hətta ermənilər Ermənistanın göndərdiyi yardımların zəhərlənməli olduğunu bəyan edirlər və deyirlər ki, belə etsəydik, ölənlərin sayı çoxalardı. Nə qədər vəhşi, nə qədər qəddar, nə qədər iyrənc, insanlıqdan uzaq olmalısan ki, bu cür mövqedə olasan. Ermənilər bəşəriyyət üçün üz qarası olan toplum olduqlarını bir daha dünyaya nümayiş etdirdilər. Ermənilər yunanlardan fərqli olaraq tarixən savaşlarda da türklərə xaincəsinə arxadan zərbələr vurublar. Yəni hər cür iyrəncilik ermənilərin kökündədir, tarixindədir. Onlar murdar köklərinə sadiqdirlər.

Odur ki, mənə elə gəlir Ermənistan hökumətinin Türkiyəyə yardım göndərməsi, Nikol Paşinyanın Ərdoğana zəng edib başsağlığı verməsi iki ölkə arasında münasibətləri müəyyən müddət üçün nisbətən yaxşılaşdıra bilər, ancaq əlaqələrin qurulması üçün danışıqlara, prosesə ciddi təsir edəcəyi ehtimalı azdır. Erməni xisləti bu prosesin müsbət sonuclanmasına imkan vermir. Lakin Ermənistan ağır durumda, problemlər məngənəsində sıxılan dövlətdir və qonşu Türkiyə ilə əməkdaşlığa, diplomatik mnasibətləri qurmağa möhtacdır. Gec-tez Ermənistan buna gedəcək. Bunun üçün İrəvan Türkiyənin irəli sürdüyü “Azərbaycanla sülh sazişi imzala” şərtini də Ermənistan qəbul etməli olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR