İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SON DƏQİQƏ: Putin bu həftə QİSAS alacaq - CANLI

1122 21.02.2023 11:17 Siyasət A A

Bu həftə əslində Rusiyanın qisası ola bilər, deyirlər, hücum gözləmək lazımdır. Buna görə də əsəbilik yaranır. Ukraynanın bəzi bölgələri 2014-cü ildən belə yaşayır. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ruslar artıq əvvəlki qədər güclü deyillər. Onlar zəiflədilər, biz isə daha da gücləndik. Bundan başqa, onlar bizim əsgərlərlə eyni motivasiyaya malik deyillər. Biz öz ölkəmizdə döyüşürük, evlərimizi və ailəmizi qoruyuruq. İtirdiyimiz zaman həqiqətən hər şeyi itiririk: evimizi, ailə üzvlərimizi. Biz burada yaşayırıq”, - deyə Zelenski bildirib.

İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırdır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.

TVMusavat-ın saat 11:30-da canlı efirində “Həftə içi”nin qonağı deputat Razi Nurullayevlə Baydenin Kiyev səfərini, işğalın ildönümünü, İran XİN rəhbərinin açıqlamasını, Aİ mülki missiyasının Ermənistanla sərhəddə patrul xidmətə başlamasını müzakirə edirik.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR