İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞOK ETİRAF: “Ukraynanın əks-hücum addımları üçün...”

1054 07.04.2024 00:28 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum addımları üçün mərmisi yoxdur, bəzi bölgələrdə dronlar artilleriya mərmilərinin çatışmazlığının üstünü örtməyə çalışır.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkə telemarafonuna müsahibəsində deyib.

“Əks-hücum addımları üçün mərmilərimiz yoxdur. Dövlətimizi qorumaq üçün bir neçə təşəbbüs var ki, onlar işə başlayıb və silahlar gəlir. Bu gün ölkəni qoruduğumuz kimi qorumağa davam etmək üçün ən gərgin ərazilərdə olan bütün briqadalara hər şey ədalətli şəkildə bölüşdürülür”, - Zelenski bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiya hərbi aerodromlarına, təyyarə və helikopterlərinə, habelə anbar və bazalarına zərbələr endirmək üçün Ukraynanın uzaqmənzilli mərmiləri və silahları yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR