İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan İsraili açıq təhdid etdi: "Qarabağa girən kimi girərik" - VİDEO

932 28.07.2024 23:27 Dünya A A

Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına deyib.

Qeyd edək ki, Ərdoğanın bu sözlərlə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutduğu ehtimal edilir. Çünki Türkiyə heç vaxt Qarabağa girməyib, İkinci Qarabağ savaşında Azərbaycana misilsiz siyasi dəstək verib və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsi uğrunda apardığı müharibəyə üçüncü ölkənin qarışacağı təqdirdə türk ordusunun da savaşa girəcəyini elan edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR