İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib

361 03.01.2024 01:23 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR