Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenkonu (Məmmədov) vəzifəsindən azad edib.
Bu barədə dövlət başçısının müvafiq fərmanında qeyd olunub.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi.
Əslən Şəmkir şəhərindən olan və 2023-cü ildə vəfat etmiş atası Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri olub./Axar.az






