İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zaza dayı”ya qarşı külli miqdarda DƏLƏDUZLUQ FOTO

1274 16.02.2024 23:55 Şou-biznes A A

Türkiyəli aktyor Əli Sürməliyə iki illik sevgilisi dələduzluq edib.

Aktyor hazırda Kader adlı xanımdan şikayətçi olduğunu deyib.

O, oğurlanan instaqram hesabında barəsində yayılan "vergisini ödəmir", "narkotik maddə istifadə edir" kimi iddiaların da həmin şəxs tərəfindən paylaşıldığını söyləyib:

"Ortaq hesabımız var idi, kassa almışdıq. Orada bütün işlərimdən əldə etdiyim pullar vardı. Kassanın açarı da onda idi. Hər şeylə o maraqlanırdı. Kassanı boşaltdı, mən də küsdüm. Bir müddət sonra barışdıq. İndiyə kimi əldə etdiyim mal varlığımı geri qazanmaq üçün barışmış kimi etdim. Aktyor olduğum üçün həyat bəzən aktyorlara kömək edir. Kassanın açarlarını ondan aldım. Sonra sosial şəbəkə hesabımdan o paylaşımlar edildi.

Məyus olduğum məqam isə ətrafımdakı insanları, oğlumu, menecerimi, dostlarımı günahlandırmasıdır. Psixologiyam ilə də oynamaq istədi, amma mən icazə vermədim. Keçirdiyim beyin əməliyyatından sonra müayinəm var idi. Travma keçirdiyimi deyib, məni həkimə apardı. Həkim də mənə sakitləşdirici verdi. Onlar da məni çox sakitləşdirdi. Bu böhtanlar, təhqirlər mənim imtahanımdır. Amma yaxşılıq gözəldir. Yaxşı tərəfimi qoruyacağam. Bir qadın əsəbiləşəndə nələr edə bilir onu gördüm".//Axşam.az

Qeyd edək ki, 63 yaşlı Ali Sürmeli daha çox “Kurtlar Vadisi Pusu” serialında Zaza dayı, “Eşkiya Dünyaya Hükümdar Olmaz”da isə Doğan baba obrazı ilə məşhurlaşıb. Hazırda “Adım Farah” serialında Orhan Koşaner obrazını canlandırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR