İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırıq

320 17.02.2023 14:32 Siyasət A A

Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycana yardım etməyə davam edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bu günlərdə Rusiya XİN başçısının Ermənistan Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərlərini və oradakı təmaslarını xatırladıb.

Onun sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: “Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq mən məsləhətləşmələrin detallarına varmayacam. Bir daha Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR