Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının sədri Ursula fon der Lyayen barədə sərt və istehzalı açıqlama verib.
Musavat.com xəbər verir ki, Zaxarova fon der Lyayenin Rusiyaya qarşı bəyanatlarına reaksiya olaraq onu “bağdakı keçi”yə bənzədib.
Xatırladaq ki, daha əvvəl fon der Lyayen Ukraynadakı münaqişə davam etdiyi müddətdə “Rusiyanın xərclərinin durmadan artacağını” bəyan etmişdi. Buna cavab olaraq Zaxarova Telegram kanalında yazıb:
“Statistikaya baxsaq, durmadan artan xərclər məhz Avropa İttifaqı ölkələrindədir. Ursula onlara hansı siqnalları verir və kimləri nəyə görə cəzalandırır? Əslində bu, bir lətifədir. Ursulanı bağa burax – nəticəsi bəllidir".
Musavat.com






