İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: Ermənistanda Rusiyanı ləkələməklə bağlı şərait yaradılır

502 30.01.2024 23:49 Dünya A A

Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

XİN rəsmisi qeyd edib ki, bu cür nalayiq hərəkərlər Ermənistanda Rusiyanı ləkələmək məqsədilə başladılan ictimai kampaniyanın davamı üçün şərait yaradır.

Onun sözlərinə görə, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil.

Qeyd edək ki, yanvarın 29-da İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə vandalizmə məruz qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR