İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur verilişini bağlayır: “Vaxtıdır”

2864 05.01.2024 11:06 Şou-biznes A A

Aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq istəyir. 

Bu haqda o, özü açıqlama verib.

Zaur bildirib ki, artıq proqrama aparıcılıq etmək istəmir:

"İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta "Bizimləsən" haqqında da düşünürəm".

Günayın "Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox" sözlərinə Zaur "Onda yox" cavabını verib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR