İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zaur məni "sındırmağa" çalışırdı" - VİDEO

3091 21.01.2024 14:33 Şou-biznes A A

"Davakar deyiləm, bu dövrümüz artıq bitib. Bir insan o zaman inkişaf etmir ki, müəyyən atdığı addımlardan peşmanlıq çəkmir. O qədər olub ki, mən boş yerə əsəbiləşmişəm, dalaşmışam və sonra peşman olmuşam. Xüsusən də tanındıqdan sonra. Avtobus sürücüsü ilə də dalaşmışam, amma evdə özümü söymüşəm, döymüşəm".

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Mirinin dibçəyi" layihəsində deyib.

O, illər əvvəl Zaur Kamalın “5/5” proqramında mühafizəçi ilə yaşadığı mübahisədən söhbət açıb:

"O vaxt "Xəzər TV"nin müdiri (həmin ərəfədə telekanalın rəhbəri Şamxal Həsəni - red.) başqa şəxs idi. Həmin ərəfələrdə aparıcılara "volya" (sərbəstlik) vermişdilər. Onlar da hegemonluq edirdilər. Bir var insan işini icra edir. Bir də var ki, insan qarşısındakını "sındırmağa" çalışır. Sübut etmək istəyir ki, burada "ağa"dır. O şeylər isə mənə keçməz. Amma mən davakar insan deyiləm. 

Qızıma da özüm kimi bir oğlan arzu edirəm. Nə qədər pis və ya yaxşı olduğumu özüm bilirəm. Siz və başqası bunu bilmir. Mən hüzur, sülhsevər insanam. Davanı da qətiyyən sevmirəm".

Qeyd edək ki, sözügedən hadisə 2019-cu ildə baş vermişdi. Belə ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina etmişdi. Bu zaman isə onunla nəzarətçi arasında mübahisə yaşanmışdı. V.Məhərrəmli mühafizəçiyə “Get, gözətçiliyini et” sözlərini demişdi. Aparıcı Zaur Kamal isə onları sakitləşdirməyə çalışmışdı. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR