İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqataladakı qətlin bəzi təfərrüatları məlum oldu - FOTO

1757 24.11.2023 12:38 Kriminal A A

Zaqatalada baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir. Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır. Onlar ailəli olublar, bir müddət əvvəl ilə boşanıblar. Aygün Həşimova müvəqqəti olaraq Bakı şəhərində yaşayıb. O, bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***

Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR