İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada itən turistlərin xilas edilmə görüntüləri - VİDEO

1810 25.07.2023 10:01 Hadisə A A

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

***

Zaqatalada şəlaləyə gedərkən yüksək dağlıq-meşəlik ərazidə itkin düşən Bakı şəhər sakinləri düşdüyü dərədən çıxarılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün günorta saatlarında rayonun Qəbizdərə kənd inzibati ərazisinin yaxınlığında Zaqatala Dövlət Qoruğu ərazisində yerləşən şələləyə gedərkən yolu azıb dərəyə düşən Bakı şəhər sakinləri 27 yaşlı Əli Əlizadə və 24 yaşlı Əbdül Rzayev artıq ərazidən çıxarılıb və rayon mərkəzinə gətirilirlər.

Əli Əlizadə və Əbdül Rzayev müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR