İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahidanda xalq etirazları qızışır: xeyli sayda yaralı var - VİDEO

957 30.09.2023 20:55 Region A A

Zahidan şəhərində dünəndən etibarən davam edən etiraz aksiyalarında dördü uşaq olmaqla azı 23 nəfər yaralanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Paylaşılan videolara əsasən, şəhərdə etirazçıların toplaşdığı yerdə İran hökumətinin repressiv qüvvələrinin dinc sakinlərə atəş açdığı aydın olur.

Qeyd edək ki, bu gün Zahidan şəhərində İranın rejim qüvvələri tərəfindən insanların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümüdür. Bununla əlaqədar dünəndən etibarən etnik bəluclar molla rejiminə qarşı aksiyalar keçiriblər, qəzəblənmiş insanlar təkərlər yandıraraq yolları bağlayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR