İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: "Həmin təklif bu qanunun predmeti deyil"

409 04.11.2022 13:35 Ölkə A A

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc partiya sədrlərinə toxunulmazlıq və diplomatik pasportların verilməsi təklifinə münasibət bildirib.

Musavat.com-un Report-a istinadən xəbərinə görə, o, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmədə xatırladıb ki, Gələcək Azərbaycan Partiyası (GAP) və Ağ Partiya sədri partiya sədrlərinə toxunulmazlıq və diplomatik pasportların verilməsi təklifi ilə çıxış ediblər.

"Hesab edirəm ki, sözügedən təkliflər məqbul sayılsa belə, həmin təklif bu qanunun predmeti deyil", - Z.Oruc vurğulayıb.

Komitə sədri həmçinin bildirib ki, müvafiq təkliflər nəzərə alınmaqla yekunda "Siyasi partiyalar haqqında" mükəmməl bir qanun qəbul olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR