İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuventus" Poqbanı qova bilər - SƏBƏB

503 13.09.2023 15:37 İdman A A

“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verməyi nəzərdən keçirəcək.

Bu, təkrar analiz zamanı fransalının dopinq pozuntusu təsdiqlənəcəyi təqdirdə baş verəcək. Məlumatı insayder Nikolo Şira öz Twitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, klub hazırda Poqbanın maaşını dayandırıb.

Qeyd edək ki, Pol Poqbada testosteron səviyyəsinin həddən artıq yüksək olduğu aşkarlanıb. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Belə olduğu halda, Poqbanı 4 il cəza gözləyir.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR