İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusuf Güney saxlanıldı

890 09.04.2026 15:03 Dünya A A

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni narkotik tərkibli maddə kimi tanınan “Ayahuska” çayını təbliğ edən açıqlamalarına görə polis tərəfindən saxlanılıb. Hadisə İstanbul şəhərində qeydə alınıb.

Bildirilir ki, Yusuf Güney rəqəmsal platformada yayımlanan proqramlardan birində qonaq olarkən tərkibində qadağan olunmuş maddə olan “Ayahuska” çayı barədə müsbət və təşviqedici fikirlər səsləndirib. Bu açıqlamalar hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

İstanbul polisi və baş prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən çayın tərkibində olan DMT maddəsi 2313 saylı qanuna əsasən qadağan olunmuş psixotrop maddələr siyahısına daxildir.

Aparılan əməliyyat nəticəsində müğənni saxlanılaraq polis idarəsinə aparılıb. Hazırda onunla bağlı araşdırmalar davam edir və hüquqi prosedurlar icra olunur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR