İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusif Dursunov dünya çempionu oldu

1093 06.08.2023 00:57 İdman A A

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, idmançı 110 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, müvafiq olaraq özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək, dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada Avropa çempionatının qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR