İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan ordusunun hərbi təyyarəsi qəzaya uğrayıb - VİDEO

432 27.12.2023 21:06 Hadisə A A

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "Τ-2 Buckeye" təlim təyyarəsi Peloponnesin cənubunda qəzaya uğrayıb.

Bu barədə yerli ERT televiziyası məlumat verib.

Təyyarəni idarə edən pilotun taleyi hələlik məlum deyil.

“Təlim uçuşu həyata keçirən iki nəfərlik təyyarə geri qayıdarkən Kalamata hava limanı yaxınlığında qəzaya uğrayıb. Bəzi məlumatlara görə, qəzadan əvvəl partlayış baş verib”, - məlumatda deyilir.

ERT-nin məlumatına görə, hadisə zamanı təyyarədə taleyi hələlik məlum olmayan bir zabit, həmçinin paraşütdən istifadə edərək təyyarəni tərk etməyi bacaran digər pilot da olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR