İnsanlara hürriyət, millətlərə istiqlal!

YENİ QALMAQAL: Cəzalı baş məşqçi klub prezidentinə “keç yerinə” söylədi - VİDEO

1495 12.09.2023 22:23 İdman A A

İkinci Liqanın 2-ci turunun oyunları keçirilib.

Sentyabrın 10-da Binə stadionunda baş tutan görüşdə “Şəfa” “Şəki Siti” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın sonlarına yaxın iki komandanın futbolçuları arasında gərginlik yaşanıb.

Əsasən gənclərdən qurulan “Şəfa”nın futbolçuları ağır məğlubiyyəti həzm edə bilmədiyindən rəqibin təcrübəli futbolçuları ilə kəllə-kəlləyə gəlib.

Oyunun baş hakimi və kapitanlar münaqişənin böyüməsinə imkan verməyib.

“Şəfa”nın futbolçularının özünü ev sahibi kimi apara bilməməsi şəkili azarkeşləri hiddətləndirib. Onlar yaşananlara etiraz edib, rəqib futbolçulara “eybi yox, Şəkiyə gələcəksiniz” mesajını verib.

Əsəblərin tarıma çəkildiyi vaxtda bölgə təmsilçisinin prezidenti Elgün Hüseynov yan tribunada yer alan “Şəfa” rəsmilərinə yaxınlaşaraq futbolçuların tərbiyəsi ilə məşğul olmağı tövsiyə edib.

Hüseynovun üzərinə gələn “Şəfa” rəsmiləri, xüsusən də ötən tur hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə bu oyunu cəza səbəbindən tribunadan izləyən baş məşqçi Tural Rzayev “Şəki Siti”nin rəhbərinə qonaq olduğunu xatırladıb, yerinə qayıtmasını xahiş edib.

“Şəfa”lıların səbrli davranması tribunadakı mümkün insidentin qarşısını alıb. Oyun başa çatandan sonra klub və komanda üzvləri sakit şəkildə paltardəyişmə otaqlarının yolunu tutublar.

“Şəfa” – “Şəki Siti” görüşündə qonaq komanda 6:0 hesabı ilə qələbə qazanıb.//SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR