İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniyalı senator Fransanı müstəmləkəçiliyi qanuniləşdirməkdə ittiham edib

333 12.10.2023 13:32 Siyasət A A

"Fransa hökuməti 1998-ci ildə əldə edilmiş razılığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirir. Qərəzlilik bu gün müzakirələrin nəticəsiz qalmasına səbəb olur. Dövlət anlamalıdır ki, ağıllı addımların atılmasının vaxtı çatıb”.

"Report"un xəbərinə görə, bunu Yeni Kaledoniyanı Fransa Senatında təmsil edən senator Robert Xovie parlamentin yuxarı palatasında çıxışı zamanı deyib.

O söyləyib ki, kanak xalqı fransız xalqının düşməni deyil: "O, 70 illik müstəmləkə tarixinə son qoymaq istəyir. Hökumət, sentyabrın 6-da konstitusiyaya yenidən baxılmasına əsas olacaq bir razılaşma layihəsini təqdim edib. Bu sənəd Kaledoniya sakinlərinin Yeni Kaledoniyanın Fransanın bir hissəsi olaraq qalmasını istədiklərini ifadə etmələri ilə başlayır. Kaledoniya tarixçisi Jose Barbanson Kaledoniya xalqının kanak xalqı olmadan mövcud olmadığını söyləyirdi”.

Senator əlavə edib ki, Fransanın Yeni Kaledoniyada keçirdiyi sonuncu referendum BMT tərəfindən qəbul olunmayıb: "Bu, Yeni Kaledoniyanin dekolonizasiya olunmalı olan ərazilər siyahısından çıxarılması üçün Fransanın bir bəhanəsi olub. Həmçinin, Fransanın davranışları Numea sazişini konstitusiya dəyərindən məhrum edərək, onu əvəz etmək məqsədi daşıyır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR