İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ilin ilk günü dünyaya gələn uşaqlardan biri də şəhidin qız övladıdır - VİDEO

551 03.01.2024 00:19 Son xəbər A A

Qazi ailəsində 16 ildən sonra əkiz uşaqlar dünyaya gəlib.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, körpələr 2024-cü ilin ilk dəqiqələrində doğulublar.

Həkim deyib ki, uşaqlar tam sağlamdır.

Təqvim ilinin yenilənməsi ilə Mingəçevirdə də yeni ilin ilk saatlarında 3 uşaq dünyaya gəlib. Onlardan biri oğlan, 2-si qız uşağı olub.

Həmçinin Sumqayıtda Yeni ilin ilk günü dünyaya gələn uşaqlardan biri də şəhid Ramil Rəhimovun qız övladıdır.

Körpəyə şəhidin öz arzusu ilə Yağmur adı verilib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil Rəhimov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror əməliyyatı zamanı şəhid olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR