İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni Həyat" "liftqıran hakim"in hərəkətinə münasibət bildirdi - "Lift borcu olanlara bloklanıb" VİDEO

1318 13.06.2023 18:31 Hadisə A A

“Yeni Həyat” yaşayış kompleksində mənzillərə xidmət göstərən “Güvenli Servis Menecment” MTK Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun liftin idarəetmə lövhəsindəki hissəni qırmasına münasibət bildirib.

MTK-dan Musavat.com əməkdaşına bildiriblər ki, həmin şəxs kompleksdə mülkiyyətçi də deyil:

“Eyni məntiqlə istənilən digər şəxslər (qonaqlar və yə digər şəxslər) binada mənzil mülkiyyətçilərinin əmlaklarına öz təxəyyüllərinə görə ziyan vuramalıdılarmı? Lift kartları yalnız xidmət haqqı borcu olan sakinlərə liftlərə xidmət göstərən şirkət tərəfindən bloklanıb. Lift digər sakinlər üçün məhdudiyyətsiz olaraq aktivdir. Baş verən hadisə ilə bağlı yayılan məlumatlarda qeyd olunan məhkəmə qətnaməsi barədə xidmət göstərənin məlumatı yoxdur. Əgər belə qərar olarsa, həmin icraçılar tərəfindən qətnamənin icrası mütləq qaydada məcburi şəkildə icra etdirilir. Əks halda xidmət göstərən ciddi şəkildə cərimələnir. Məhkəmə qətnaməsi olsa belə, kiminsə mülkiyyətinə ziyan vurmağa qanunvericilik icazə vermir. Hər halda bunu hər bir vətəndaş bilir. Binanın idarəçiliyinin sakinlər tərəfindən öz üzərinə götürmələri ilə bağlı zamanında məlumatlandırılıblar və öz hüquqlarını yaxşı bilirlər. Liflərə quraşdırılan qurğu kart oxuyucusudur. Ziyan da həmin qurğuya vurulub. Həmin qurğu məhdudlaşdırıcı rol oynadığına görə binaya daxil olan kənar şəxslərin istifadəsini mümkünsüz edərək sakinlərin eyni zamanda qorunmasına xidmət edir”.

Qeyd edək ki, hakim Zamiq Bağırovun yaşadığı kompleksin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi həmin şəxslərin liftə girişini məhdudlaşdırıb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra hakim Zamiq Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.

E.HÜSEYNOV
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR