İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Dehli Azərbaycanın Cənubi Qafqazın əsas dövlətinə çevrildiyi amilini nəzərə almaya bilməz - Politoloq

585 08.02.2026 19:27 Siyasət A A

Hindistanın Azərbaycandan qaz almaq istəyi təqdir olunur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan müxtəlif ölkələrə neft və qaz satır, bu mənada Yeni Dehlinin istəyində təəccüblü məqam yoxdur:

“Ticarət sərhəd tanımır. Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladı, qonşu ölkə ilə müharibələrdə minlərlə vətəndaşımızı itirdik. Hazırda iki ölkə sülh quruculuğuna start verilib. Bu çərçivədə Azərbaycan Ermənistana yanacaq satır. Bu həm sülh quruculuğuna töhvə verir, həm də Azərbaycana əlavə qazanc gətirir”.

E.Şahinoğlu Yeni Dehli ilə İrəvan arasında silah satışının davamına da diqqət çəkib: “Hindistanın Ermənistana hərbi texnikası satması Azərbaycanda suallar doğurur. Eyni zamanda Azərbaycanla Hindistan arasında ikitirəfli münasibətlər çərçivəsində dialoq mövcuddur. İki ölkə Qoşulmayan Hərəkatının üzvüdür. Azərbaycana gələn turistlər içərisində Hindistan vətəndaşları ilk sıralardadır. Bir neçə il əvvəl iki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı”.

Politoloq qeyd edib ki, Hindistan Azərbaycan neftinin alıcılarındandır: “Mümkündür ki, Hindistan Azərbaycandan neft alışını artırsın. Çünki, Vaşinqton Dehliyə təzyiq edir ki, Hindistan Rusiyadan neft alışını dayandırsın. Bu halda Hindistan başqa ölkələrdən aldığı neftin həcmini artırsın. Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz alışını da həyata keçirərsə, bu, iki ölkə arasında enerji əməkdaşlığını genişləndirəcək. Yeni Dehli Azərbaycanın Cənubi Qafqazın əsas dövlətinə çevrildiyi amilini nəzərə almaya bilməz. Doğrudur, Hindistan Ora dəhliz layihəsində iştirak etmir və “Tramp yolu”ndan istifadə etməyəcək. Ancaq Hindistan Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin iminalarından istifadə etməyi planlaşdırır. İrandakı indiki gərgin durum və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını azaldıb. Ancaq bölgədə vəziyyət dəyişərsə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalar artacaq və bu prosesdə Hindistan da istifadə edəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR