İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yenə dünyanın ən yaxşısı olacağam" - İbrahimoviç

439 27.02.2023 14:24 İdman A A

Uzun müddətdən sonra yaşıl meydanlara qayıdan "Milan"ın hücumçusu Zlatan İbrahimoviç növbəti iddialı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Qol.az xəbər verir ki, 41 yaşlı forvard DAZN-a açıqlamasında hələ də özünü dünyanın ən yaxşı oyunçusu hesab etdiyini bildirib:

"Son bir neçə ay ərzində çox əziyyət çəkmişəm. İndi 5 dəqiqə oynamaq üçün burada deyiləm. Tam matçlarda oynamaq istəyirəm. Formaya düşəndə yenə də dünyanın ən yaxşısı olacağam. Zarafat etmirəm.

İndiki səviyyədə oynasam, gələn il “Milan”da qalacağam. Əslində mən daha bir neçə il oynamağa davam edəcəyəm".

Qeyd edək ki, İbrahimoviç ötən gecə A seriyasında "Milan"ın "Atalanta" ilə matçında (2:0) meydana daxil olub. O, zədə səbəbindən ötən ilin may ayından oynamırdı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR