İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndəki hədəflərə yeni qanadlı raket zərbələri endirilib

493 13.01.2024 14:50 Dünya A A

Yanvarın 13-də ABŞ silahlı qüvvələri Yəməndə husilərin radar stansiyasına hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə, ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.

“Bu zərbə “USS Carney” təyyarədaşıyan gəmisi tərəfindən “Tomaqavk” raketlərindən istifadə etməklə konkret hərbi hədəfə qarşı həyata keçirilib və husilərin ticarət gəmiləri də daxil olmaqla dəniz gəmilərinə hücum imkanlarını azaltmaq məqsədi daşıyan 12 yanvar zərbələrinin davamı olub”, - məlumatda deyilir.

Husilərin gəmi əleyhinə ballistik raketlər, pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə edərək gəmilərə hücum etdiyi də qeyd edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR